Çoxdandırki proqramlaşdırmadan uzaq qalmışam. Pasım açılsın deyə PascalABC-də kiçik proqram yazıb paylaşıram. Pascalda graphABC rejmi qrafik fiqurların çəkilməsi üçün istifadə edilir.
1)Eyni koordinatda (x=300, y=200) və fərqli radiusda (random operatoru ilə) gostərilmiş dövr uzrə (for 20) çevrənin çəkilməsi:
Kod:
Kod:
uses crt, graphABC;
var i:integer;
begin
for i:=1 to 20 do
begin
SetBrushColor (clrandom);
circle (300,200,random(200));
sleep(111);
end;
end.
2) Eyni qaydadan istifadə etməklə kvadratın çəkilməsi. çevrədən fərqli olaraq kvadratda hər 4 tərəfin koordinatını vermək lazımdır:
Kod:
Kod:
uses crt, graphABC;
var i:integer;
begin
for i:=1 to 100 do
begin
SetBrushColor (clrandom);
rectangle (random(100),random(100),300,300);
sleep(111);
end;
end.
3)Pascaldan məlumatı olanlar isə bu dövrü başa çatdırsınlar görək alınırmı: