Mən irəliləyən mövzularda necə internetdə anonimlik əldə etmək olar haqqında məlumatlar verəcəm.
Ancaq bu etdiyimiz tədbirlər boşa çıxacaq əgər brauzerimizə əl gəzdirməsək. Bəli, sənin brauzerin sənin ən birinci düşmənindir
Çoxları elə bilir ki, əgər o vpn və ya proxy istifadə edirsə deməli onun real ip-sini tapmaq mümkün deyil Bir az sizi kədərləndirəcəm. Siz öz real ip-nizi özünüz veririsiniz və heç xəbərinizdə yoxdur
1) WebRTC
Qısacası mu texnologiyanı rəsmi olaraq brauzer vasitəsilə video zənglər etmək üçün yaradıldığı qeyd edilir. Əslində isə bu bütün brauzerlərdə default (məcburi) olaraq aktiv edilib. İndi baxaq görək bu ilk baxışdan zərərsiz texnologiya nəyə qadirdir.
Girin bu sayta https://browserleaks.com/webrtc
Şəkildə gördüyünüz kimi baxmayaraq ki, mən proxy istifadə etmişəm mənim real ip adresimi göstərdi Bu həmdə düzgün yaradılmayan VPN-də aiddir
Onu necə söndürmək olar ?
Mozillada url yerniə
Kod:
about:config
yazıb enteri basırıq. Bizə brauzerin nastroykaları açılacaq
Orada media.peerconnection.enabled tapıb onun statusunu true dən false dəyişməliyik (üstünə klik edərkən dəyişəcək)
Sonra media.navigator.enabled -də və media.peerconnection.enabled də bu əməliyyatları təkrarlayırıq
Sonra yenə həmin sayta giririk və görürük ki real ip daha sızmır
2) location data
Bu mozilla brauzerində olan funksiya sisizn yerinizi avtomatik olaraq təyin eləmək üçün nəzərdə tutulub
Onu söndürmək üçün yenə
Kod:
about:config
açırıq və orada geo.enabled tabıp true ni false dəyişirik
3) Javascript
Bu çox təhlükəli protokoldur. Amma təəsüf ki indiki saytların 90% onsuz işləmir. Bu protokol sizin monitorunuzun ölçüsündən tutmuş ƏS haqqında nməlumat ötürür. Söndürmək istəsənis onu NoScript pluginini brauzerinizə yükləyərək edə bilərsiniz
4) Ghostery plugini
Bu plugin saytların sizi izləməsinin qarşısını alacaq
5) Axtarış sistemi DuckDuckGo
Yəqin çoxunuzun qarşısına belə bir hal çıxıb. Google-da axtarış vermisiniz misal üçün "2018 mahnılar" Sonra üstündən bir iki gün keçib hansısa saytda olarkan saytın reklam bölməsində 2018 mahnıları adlı reklam olub. Yəni axtardığınız sorğu iki gündən sonra sizə reklam kimi qabağınıza çıxıb. Bu təsadüf deyil. Bu google yandex kimi axtarış sistemlərinin q*hbəliyidir. Onlar sisizn axtardığınız hər bir sorğunu yadda saxlayır və reklam kimi həmin sorğuya uyğun olan reklamları sizə soxuşdururlar. Bunu qarğşsısnı almaq üçün sizlərər DuckDuckGo axtarış sistemindən istifadə etməyi məsləhət görürəm. Heş kim sizin məlumatlarınızı oğurlamayacaq.
6) Müxtəlif testlər
Bu testlər və saytlar vasitəsilə sizin hansı məlumatlarınız sızırsa onu bilə bilərsiniz